15 iyul dəhşəti ilə bağlı yeni GÖRÜNTÜ

15 iyul dəhşəti ilə bağlı yeni GÖRÜNTÜ

15 iyul Türkiyədə çevriliş cəhdi ilə bağlı daha bir dəhşətli görüntü ortaya çıxıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, xəbərinə görə, görüntüdə metro dayanacağının yaxınlığındakı yolda çevriliş cəhdinə mane olmaq üçün bir qrup insanın yerdə oturduğu açıq aşkar görünür. Çevrilişə cəhd etmək istəyən bir qrup əsgər tankdan həmin insanlara atəş açır. Görüntüdə tank görünməsə də, tankdan çıxan atəşin şiddəti görünməkdədir. İnsanlar bir anda yerə yıxılır və çoxu ayağından yaralanır. İnsanların qarşısında park edilən avtomobil böyük bir fəlakətin baş verməsinə mane olur. Vəziyyəti yaxşı olanlar yaralılara yardım etməyə çalışırlar. Əsgərlər körpünü bağladığı üçün həmin əraziyə təcili yardım buraxılmır və vətəndaşlar öz gücləri hesabına yaralılara yardım etməyə çalışırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə