10 000 ədəd xarici markalı siqaret aşkar edildi

10 000 ədəd xarici markalı siqaret aşkar edildi

Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunda Kazan-Bakı reysi ilə Rusiya Federasiyasından Azərbaycana gələn avtobusa gömrük baxışı keçirilib. SİA-nın məlumatına görə, yoxlama zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerindən gömrük nəzarətindən gizlədilmiş 10 000 ədəd xarici markalı siqaret aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə