Siqaret çəkən qadınların sayı artır

Ölüm göstəricisinin 82%-i siqaretlə bağlıdır
Siqaret çəkən qadınların sayı artır

Azərbaycanda kişilərin 40-60 faizi, qadınların isə 2-10 faizi siqaret çəkir. Hətta adambaşına düşən siqaret payına görə Azərbaycan dünya ölkələri üzrə 44-dür. Ölüm göstəricisinin 82%-i siqaretlə bağlıdır.

Həkimlərin dediyinə görə, tütün çəkmə insanlarda xroniki xəstəliklər yaradır və onlar çətin sağalır. Siqaret çəkmək təkcə ağciyər xəstəliklərinə deyil, eləcə də xərçəngə səbəb olur. Siqaret çəkən qadinlarda isə hamiləlik zamanı uşaq orqanizminə qan vasitəsilə nikotin daxil olur ki, bu da onun inkişafına mənfi təsir edir. Həmin uşağın əsasən beyni və qara ciyəri zərər çəkir.

Siqaret çəkən insanların bu vərdişə nə vaxtdan başlamasından asılı olmayaraq siqareti tərgitmələri gec deyil. Bunun üçün isə mütləq sağlam həyat tərzi olmalı və iradə göstərməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə