Naxçıvan Muxtar Respublikasının gözəl, maraqlı, qədim tarixə malik olan şəhərləri, yaşayış yerləri, tarixi abidələri var. Burada Duzdağ kimi təbii şəfa mənbəyi mövcuddur. Bu, Naxçıvanda həm də səhiyyə turizminin inkişafına əlverişli şərait yaradır. Naxçıvan Muxtar Respublikasında səfərdə olan Avstriya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aksel Vex azərtac-ın müxbirinə müsahibəsində belə deyib.
Mayın 15-dən 19-dək muxtar respublikanın tarixi, mədəni abidələri, istehsal, mədəniyyət, təhsil müəssisələri ilə tanış olan Aksel Vex səfər təəssüratları barədə danışaraq deyib: "Biz Naxçıvanın heyranedici məkanları ilə tanış olduq. Batabat gölü, Duzdağ və digər yerlər bizə çox gözəl təəssürat bəxş etdi. Naxçıvan Muxtar Respublikasının təbiəti ilə yanaşı, havası da çox təmiz və gözəldir. Budur, Əlincəqalaya gəlmişik və biz yalnız 2500 pilləkəni çıxandan sonra qalaya çata bilmişik. Bu çətin yüksəkliyə qalxarkən təmiz havanın təsiri ilə heç bir yorğunluq hiss etmədik".
Aksel Vex deyib ki, Əshabi-Kəhf ziyarətgahı da ona xoş təsir bağışlayıb. Bura mənəvi baxımdan çox təsirli bir yerdir.
"Duzdağ Fizioterapiya Mərkəzi tanışlıq da maraqlı oldu. Buradakı yeraltı tunel, sabit temperatur, duzun spesifik qoxusu qeyri-adi təəssürat yaradır. Tuneldəki ağ duz layları insanı cəlb edir. Bu gözəllikləri, təbiət möcüzələrini gördükdən sonra Naxçıvanın təbliğinə, tanıdılmasına mən də öz töhfəmi verməyə çalışacağam. Facebook-dakı səhifəmdə Naxçıvan barədə statuslar yazacaq, şəkillər paylaşacağam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB