ƏƏSMN-da Ümumyunan Əmək Konfederasiyasının nümayəndə heyəti ilə görüş olub FOTOLAR
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Ümumyunan Əmək Konfederasiyasının nümayəndə heyəti ilə görüş olub. ƏƏSMN-dan SİA-ya verilən məlumata görə, görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkəmizin dinamik sosial-iqtisadi inkişafı barədə nümayəndə heyətinə məlumat verib. Nazir vurğulayıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu islahatlar kursunun nailiyyətlərindən biri kimi, ölkənin inkişafı prosesləri qeyri-neft sektorunun inkişafı şəraitində əhalinin məşğuluq imkanlarının və layiqli iş yerləri ilə təminat səviyyəsinin artması ilə müşahidə olunub: "Respublikada son 12 ildə 1,5 milyondan çox, cari ilin ilk rübündə 37 min yeni iş yeri açılıb. Qeyd edilən dövrlərdə orta aylıq əmək haqqı müvafiq olaraq 5,6 dəfədən çox və 8,0 faiz artıb. Ümumilikdə ötən 12 ildə əhalinin real gəlirlərində orta illik artım sürəti iqtisadi artım sürətini orta hesabla 8,3 faiz üstələyib, ölkədə işsizliyin 5 faizədək azalmasına nail olunub".
S.Müslümov ölkəmizdə əmək və sosial müdafiə sistemindən, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, habelə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əmək hüquqlarının müdafiəsi sahəsində tədbirlərindən bəhs edib. O, nazirliyin fəaliyyət sahələrində elektron texnologiyaların tətbiqi işlərinin əmək münasibətlərinə nəzarət sektorunu da əhatə etdiyini bildirib: "MDB məkanında ilk dəfə olaraq Azərbaycanda əmək müqavilələrinin elektron qeydiyyatı sistemi qurulub. Əmək hüquqlarının təminatına dövlət nəzarətinin daha çevik və səmərəli təşkilinə şərait yaradan bu sistem ölkənin əmək bazarındakı prosesləri izləməyə və müvafiq təkliflər hazırlamağa da imkan verir. Hazırda beynəlxalq səviyyədə də uğurlu təcrübə kimi dəyərləndirilən həmin sistemdən cari ilin 01 may tarixinədək 5 milyon 232 min dəfədən çox istifadə edilib".
Nazir Azərbaycanda əmək qanunvericiliyinin qabaqcıl dünya təcrübəsi əsasında daim təkmilləşdirildiyini, ölkəmizin bu sahədə mütərəqqi beynəlxalq təşəbbüs və proqramlara fəal şəkildə qoşulduğunu qeyd edib: "Ötən dövrdə Beynəlxalq Əmək Təşkilatının 56 Konvensiyasını ratifikasiya edən Azərbaycan həmin konvensiyaların, eləcə də əmək nazirlərinin konfranslarında qəbul edilən sənədlərin prinsiplərinə əməl olunmasında uğurlu təcrübəyə malikdir".
Ölkəmizdə işçi hüquqlarının müdafiəsi sahəsində nazirliyin sosial tərəfdaşlarla – həmkarlar və işəgötürənlər birlikləri ilə sıx əməkdaşlığından bəhs edən S.Müslümov bildirib ki, respublikada sosial tərəfdaşlar arasında üçtərəfli məsləhətləşmələr Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyası arasında bağlanan Baş Kollektiv Saziş səviyyəsində həyata keçirilir. Hər dəfə iki il üçün qəbul edilən bu Sazişlərdə ölkədə aparılan iqtisadi siyasət, eləcə də əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi və s. sahələr üzrə tərəflərin öhdəlikləri əhatə olunur.
S.Müslümov nazirliyin daim genişlənən beynəlxalq əməkdaşlığı müstəvisində Ümumyunan Əmək Konfederasiyası ilə də fəal əməkdaşlıq əlaqələrinin qurulmasının diqqətdə saxlanacağını vurğulayıb.
Türkiyə "TOLEYİS" həmkarlar ittifaqının sədri Cemail Bakındı Azərbaycan xalqının ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi sosialyönümlü inkişaf strategiyasının Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirildiyini bildirib. O diqqətə çatdırıb ki, Azərbaycan yalnız dinamik iqtisadi inkişafına görə deyil, vətəndaşların sosial rifahının yaxşılaşmasına yönələn fəal sosial siyasəti ilə seçilən, özünün sosial dövlət statusunu daim gücləndirən bir ölkədir. Möhkəm təməllər üzərində və düzgün yolla inkişaf edən Azərbaycan əmək hüquqlarının müdafiəsi sahəsində uğurlu təcrübəsi ilə diqqəti cəlb edir.
Ümumyunan Əmək Konfederasiyasının prezidenti Yanis Panaqopolus Azərbaycanın sosial-iqtisadi inkişaf sahəsində mühüm uğurlar qazanan bir ölkə olmaqla yanaşı, Avropanın enerji təhlükəsizliyində də mühüm rol oynadığını vurğulayıb. O mühüm iqtisadi layihələrdə ölkəsi ilə Azərbaycan arasında əməkdaşlığın daim genişlənməsində maraqlı olduqlarını qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB