Dünya liderləri İlham Əliyevi təbrik edir

Dünya liderləri İlham Əliyevi təbrik edir

Hindistan Respublikasının Prezidenti Pranab Mukhercidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri,

Milli bayramınız - Respublika Günü münasibətilə Sizə, Azərbaycan Respublikasının xalqına və Hökumətinə Hindistan xalqı və Hökuməti adından, şəxsən öz adımdan səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Hindistan və Azərbaycan sıx tarixi və mədəni əlaqələrə əsaslanan dostluq və səmimi münasibətlərə malikdir. Əminəm ki, bizim birgə səylərimiz sayəsində ikitərəfli əlaqələrimiz xalqlarımızın qarşılıqlı mənafeyi naminə inkişaf etməkdə davam edəcək. Hindistan Azərbaycan ilə çoxşaxəli əlaqələrin daha da güclənəcəyinə ümid bəsləyir.

Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Azərbaycan xalqına inkişaf və firavanlıq arzularımı çatdırıram.

Cənab Prezident, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edəsiniz.

***

Monteneqronun Prezidenti Filip Vuyanoviçdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri,

Milli bayramınız – 28 May Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırır, Azərbaycana davamlı tərəqqi arzu edirəm.

Azərbaycan ilə Monteneqro arasında həmişə səmimi dostluq əlaqələri olub. Əminəm ki, xalqlarımız və dövlətlərimiz arasında əlaqələr kimi, bizim gələcək əməkdaşlığımız daha da möhkəmlənəcəkdir.

Fürsətdən istifadə edərək, ölkələrimiz arasında əməkdaşlığı bir daha yüksək qiymətləndirir və bu işə şəxsi töhfələrinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Möhtərəm Prezident, Sizə möhkəm cansağlığı və ali dövləti vəzifənizdə uğurlar arzulayıram.

***

Meksika Birləşmiş Ştatlarının Prezidenti Enrike Penya Nietodan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri,

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi, əmin-amanlıq və rifah arzularımı çatdırmaqdan məmnunam.

Ölkələrimizin, cəmiyyətlərimizin rifahı naminə ikitərəfli münasibətlərimizin genişləndirilməsinə və möhkəmləndirilməsinə dair Meksika Hökumətinin iradəsini bir daha ifadə edirəm.

Möhtərəm Prezident, dərin hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Bütün xəbərlər Facebook səhifəmizdə