Akademik Tofiq Hacıyevin 80 illik yubileyi qeyd olunacaq

Akademik Tofiq Hacıyevin 80 illik yubileyi qeyd olunacaq

Mayın 18-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə görkəmli türkoloq, Əməkdar Elm Xadimi, Türk Dil və Tarix Qurumunun fəxri üzvü, akademik Tofiq Hacıyevin 80 illik yubileyinə həsr olunan elmi sessiyaya keçiriləcək. İnstitutdan SİA-ya verilən məlumata görə, tədbirdə görkəmli alimin yaradıcılığından, zəngin elmi irsindən, Azərbaycan ədəbi dil tarixi, dialektologiya və türkologiya elminin inkişafında xidmətlərindən danışılacaq.

Sessiyada akademik T.Hacıyevin elmi fəaliyyətinə həsr olunan "Tofiq Hacıyevin Azərbaycan ədəbi dili tarixinin öyrənilməsində xidmətləri", "Akademik Tofiq Hacıyev: böyük alim, müəllim və ictimai xadim", "Tofiq Hacıyev və "Kitabi-Dədə Qorqud", "Görkəmli alim və böyük müəllim" mövzularında məruzələr dinləniləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə