Ermənilər Ağdamda 59 evi dağıdıblar FOTOLAR

Artıq xeyli müddətdir ki, Ermənistan silahlı qüvvələrinin Ağdam və Tərtər istiqamətindəki bölmələri mülki vətəndaşları, yaşayış evlərini, əkin sahələrini hədəfə alıb. Toplardan və iriçaplı silahlardan atəş açan düşmən qüvvələri bununla əhali arasında vahimə yaratmağı və insanların öz yurdlarından köçmələrini qarşılarına məqsəd qoyublar. Təsadüfi deyil ki, son iki gündə, ermənilərin ağır silahlardan atəşi nəticəsində Ağdam rayonunda 59 evə ziyan dəyib, 12 ev tamamilə dağıdılıb, 1 ev yanaraq kül olub. Faktı SİA-nın Qarabağ bürosuna Ağdam Rayon İcra Hakimiyyətindən də təsdiq ediblər.

Məlum olub ki, aprelin 1-dən bugünədək olan hadisələrin ən ağırı ayın 27-dən 28-nə keçən gecə olub. Rayon ərazisinə yüzlərlə mərmi düşüb. Onlarla ev dağılıb, yüzlərlə mal-qara qırılıb". Aprelin əvvəlindən rayonun Qaradağlı kəndində 27, Zəngişalı-Mahrızlıda 5 ev, Çəmənlidə 3 ev, Əfətlidə 7 ev dağıdılıb: "Hazırda araşdırma gedir, ola bilsin ki, bu rəqəmlər artsın. Bu gecədən səhər saat 5-ə qədər kəndlər artilleriyadan atəşə tutulub, kənddə nəyisə nəzarətdə saxlamaq mümkün olmayıb. Saat 5-dən etibarən isə bizim nümayəndələr, Rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri kəndlərə göndərilib. Hazırda kəndlərə nə qədər ziyan dəyməsi ilə bağlı son məlumatlar toplanır, rəqəmlər dəqiqləşdirilir.
















Bütün xəbərlər Facebook səhifəmizdə

loading...