Yanvar-mart ayları ərzində 1,7 faiz çox sərnişin daşınıb

Yanvar-mart ayları ərzində 1,7 faiz çox sərnişin daşınıb

Yanvar-mart aylarında nəqliyyatçılar 437,3 milyon sərnişinə və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz çox sərnişinə xidmət göstərib. Bu barədə SİA-ya Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sərnişinlərin 87,9 faizi avtomobil nəqliyyatı, 11,9 faizi metro, qalanları isə digər nəqliyyat növləri ilə daşınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə