5 aprel 2016-cı il tarixində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) qərargahında "Azərbaycan tələbələri torpaqlarımızın müdafiəsinə daim hazırdır!" adlı ali və orta təhsil müəssisələrinin Tələbə Gənclər Təşkilatlarının (TGT) sədrləri və tələbələrinin iştirakı ilə tədbir keçirilib. ATGT-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirin keçirilməsində əsas məqsəd son günlər cəbhə xəttində baş verən hadisələrlə bağlı Azərbaycan tələbələrinin daim ordumuzun yanında olmasını, eləcə də lazım gələrsə silaha sarılıb peşəkar döyüşə qoşulacaqlarını nümayiş etdirməkdir.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının icraçı direktoru Şəmsi Gülverdiyev tədbiri açıq elan etdikdən sonra şəhid olmuş əsgərlərimizin ruhu bir dəqiqəlik sükutnan yad edilib. Sonra son rəsmi məlumatları xatırladan Ş.Gülverdiyev Vətənin müharibə şəraitində Azərbaycan tələbələrinin hər an döyüşə hazır olduğunu bildirib.
Daha sonra çıxış edən Azərbaycan Dillər Universitetinin, Azərbaycan Kooperasiya Universitetinin, Odlar Yurdu Universitetinin Tələbə Gənclər Təşkilatlarının sədrləri tələbələr adından şəhid əsgərlərimizin valideyinlərinə səbr diləyib, cəbhədə son durumla bağlı öz mövqələrini səsləndiriblər və lazım olarsa özləri də hər zaman Vətənin uğurunda müharibəyə hazır olduqlarını bildiriblər.
Sonda görüş tələbələrin müzakirələri və təklifləri davam edib.




.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB