Dünya Bankının Direktorlar Şurası 2017-ci i iyulun 18-də Azərbaycanın Abşeron yarımadasında göllərin təmizləmə və bərpası üzrə layihəni müzakirə edəcək. Bu haqda informasiya Dünya Bankının məlumatında deyilir.
Güman edilir ki, bu layihənin qiyməti 100 milyon dollar təşkil edəcək. Onlardan 85 milyonu Dünya Bankın qrupuna daxil olan Beynəlxalq İnkişaf və Yenidənqurma Bankının hesabına, 15 milyon dollar isə ölkə hökumətin hesabına ödəniləcək.
Layihə Bakının cənub-qərbində yerləşən dörd gölü -Xocahəsən, Lokbatan, Qırmızı və Qu göllərini əhatə edəcək.
Dünya Bankı – dünyada qlobal iqtisadi inkişaf məqsədlərinə xidmət edən və maliyyə resurslarının bölgüsünü təmin edən ən böyük donor təşkilatlardan biridir. 1 iyul 1944-cü ildə Bretton-Vuds konfransında təsis olunmuşdur. Dünya Bankı - ixtisaslaşmış agentlikdir. Birləşmiş Millətlər Təşkilatının (BMT) ixtisaslaşmış qurumlarından biridir. BMT tərəfindən yaradılan bu agentliyin hazırda 184 üzvü var.
Üzv ölkələr bu qurumun fəaliyyətinə nəzarət edir. Dünya Bankı inkişaf etməkdə olan ölkələrə çox aşağı faiz dərəcəsi ilə və ya faizsiz uzunmüddətli kreditlər və qrantlar verir. Dünya Bankı Azərbaycan hökuməti ilə də struktur islahatlarının aparılması istiqamətində əməkdaşlıq edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB