Nərimanov rayonunda Bədən tərbiyəsi və idman günü qeyd edilib FOTOLAR

Nərimanov rayonunda Bədən tərbiyəsi və idman günü qeyd edilib  FOTOLAR

Nərimanov rayonunda yerləşən Məktəb-Lisey Kompleksində "5 mart – Bədən tərbiyəsi və idman günü" münasibəti ilə bayram tədbiri keçirilmişdir. SİA-nın verdiyi məlumata görə, tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Məktəb-Lisey Kompleksin direktoru Qafar Hüseynov, Məktəb-Lisey Kompleksin müəllim heyyəti və şagirdlər iştirak etmişdir.

Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov və Məktəb-Lisey Kompleksin direktoru Qafar Hüseynov bayram tədbirində çıxış edərək "5 mart-Bədən tərbiyəsi və idman günü" münasibəti ilə hamını təbrik etdilər və bildirdilər ki, ölkəmizin bütün sahələrdə olduğu kimi, idman sahəsində də böyük və fundamental uğurlar təbii olaraq Umummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərə təsadüf etməsi tamamilə məntiqi və qanunauyğundur. Bu uğurların əsasında Ulu Öndərin titanik fəaliyyəti, nadir və səriştəli məharəti, ardıcıl və prinsipial mövqeyi dayanır. Gəncləri idman vasitəsilə layiqli vətəndaş kimi yetişdirmək, kütləvi bədən tərbiyəsi vasitəsilə xalqın fiziki sağlamlığına nail olmaq, peşəkar idmançılara hərtərəfli dəstək verərək onların gücü ilə Azərbaycanı dünyaya tanıtdırmaq Heydər Əliyevin idman siyasətinin məqsədi və mahiyyəti idi. Bu gün bu uğurlu yol Ulu Öndərin böyük ideyalarının layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

1997-ci ildə İlham Əliyevin MOK-un prezidenti seçilməsi ilə ölkədə milli idman növləri ilə yanaşı Olimpiya idman növləri də böyük vüsət aldı. İdmana göstərilən dövlət qayğısı, onun inkişafı üçün yaradılan şərait Azərbaycana medalların axıb gəlməsi ilə bərabər Respublikamızı Avropa və dünya çempionatlarının keçirildiyi bir məkana çevirdi. Artıq ölkəmiz dünyada təbii sərvətləri ilə yanaşı, həm də bir idman ölkəsi kimi tanınır. Əlbəttə ki bütün bu göstəricilər Azərbaycan dövlətinin beynəlxalq aləmdə nüfuzunun güclənməsinə xidmət edir.

Sonra tədbir şagirdlərin hazırladığı nümunəvi çıxışları və musiqili nömrələri ilə davam etdirilmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə