Ermənilər Tərtərdə dinc sakinləri atəşə tutdu

Ermənilər axşam saatlarında heyvan otaran sakinləri atəşə tutub
Ermənilər Tərtərdə dinc sakinləri atəşə tutdu

Ermənilər axşam saatlarında heyvan otaran sakinləri atəşə tutub. Tərtərin Çaylı kəndində iki nəfər gizlənə bilsələr də heyvanlar gülləyə tuş gəlib. İki heyvan ölüb, bir neçəsi isə yaralanıb. Ümumilikdə sutka ərzində atəşkəs rejimi 125 dəfə pozulub. Gecə ermənilər yenə dinc sakinləri hədəf alıb.Ötən gün axşam saatlarında çobanlar ətəşə tutulub.

Tərtər rayonunun Çaylı kəndində Təmas xəttinin yaxınlığında heyvan otaran Alqayıt və Rəşad Şahvələdov qardaşları güllə yagışına tutulub.Onlar qaçıb gizlənə bilsələr də heyvanlardan ikisi ölüb, bir neçəsi isə güllə yarası alıb.

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, ötən sutka ərzində atəşkəs rejimi ümumilikdə 125 dəfə pozulub.

Erməni silahlı qüvvələri Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Goranboy, Ağdam, Xocavənd, Cəbrayıl, Füzuli və Göygöl rayonları istiqamətindəki mövqələrimizi atəşə tutublar.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 126 dəfə atəş zərbəsi endiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə