Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Bakı şəhərində icra edilən "Qarabağın qurtuluşundan ötən 1 il" layihəsinə yekun vurulub. SİA-nın verdiyi xəbərə görə, layihə Gənclər Fondunun elan etdiyi VII qrant müsabiqəsinin fərdi şəxslər üçün olan kateqoriyası üzrə qalib gəlmiş Namazov Mehti Kamil oğlu tərəfindən icra edilib.
Layihənin əsas məqsədi gənc və yeniyetmə rəssamların xəyal gücünün sınağa çəkilməsi, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dolğun "Əminəm ki, ərazi bütövlüyümüz bərpa olunacaq, bütün məcburi köçkünlər öz doğma torpaqlarına qayıdacaqlar, haqq-ədalət zəfər çalacaqdır" fikrinin onlarda yaratdığı dərin inamın rəsm əsərlərində necə əks olunduğunu göstərmək idi.
"Qarabağın qurtuluşundan ötən 1 il" layihəsi gənclərdə vətənpərvərlik hisslərinin gücləndirilməsini nəzərdə tutan layihədir.
Layihənin bağlanış tədbirinə rəsmi qonaq qismində bir sıra QHT rəhbərləri də dəvət olunub. Bağlanış tədbirində Yeni Azərbaycan Partiyasının(YAP) Gənclər Birliyinin şura üzvü, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu, Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə, layihə rəhbəri Mehti Namazov, digər qonaqlar və bir neçə gənc rəssam çıxış edib.
Sonda layihə çərçivəsində keçirilən rəsm müsabiqəsinin bütün iştirakçıları təşəkkürnamə, qaliblər isə diplom və hədiyyələrlə təltif olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB