Türkiyəli dietoloq Aslıhan Küçük hamiləlik zamanı qəbul ediləcək 15 ən yaxşı qidanın adını açıqlayıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, dietoloq açıqladığı qidaların tərkibində olan vitamin və kalsiumların dünyaya gələcək körpənin inkişafında əhəmiyyətli olduğunu ifadə edib.

Körpənin inkişaf dövründə qəbul etməsi vacib olan qida ana südüdür və bunun üçün analar hamiləlik dövründə bol süddən istifadə etməlidir. Ana südünün doyumlu olması üçün hamilələrin qatıq, yumurta, yulaf əzməsi, süd, ayran, sarımsaq, soğan, boranı, ton balığı, razyana, maş, qarabaşaq, qara buğda ispanaq, pazı, şüyüd kimi qidalar qəbul etməsi vacibdir.

Protein qaynaqlarından biri sayılan yumurta A, C və E vitamini ilə yanaşı yod, fosfor, sink və digər minerallarla zəngindir.

Bitki mənşəli və zülalla zəngin olan yulaf əzməsi həzm sistemini nizamlayır. Körpəsini sakit əmizdirmək istəyən analar yulaf əzməsini axşam yeməyindən sonra qatıqla qəbul edə bilərlər.

Ana südünü artırmağın ilk yolu maye qəbulunu artırmaqdır. Burada əsas yeri kalsium və proteinlə zəngin olan süd və ayran tutur. Südü yağsız, ayranı da yağsız və duzsuz qəbul etmək məsləhət görülür.

Ton balığı və somon omeqa 3 və zülalın yaxşı qaynaqlarıdır. Bu qidalar körpənizin beyin inkişafını dəstəkləyir.

Qarabaşaq qan şəkərinə nəzarət edir, həzm sistemi funksiyalarını yaxşılaşdırır.

Qara buğdadan tərəvəz yeməklərində, salatlarda və ya plov olaraq istifadə edin. Buğdanı həmçinin südlə bişirib içinə 1 qaşıq bal tökməklə şirin ehtiyacınızı təmin edə və bununla südünüzü artıra bilərsiniz.

Vitamin və mineral birləşmələrlə zəngin olan fındıq, qoz, badam ana südünün daha keyfiyyətli ifraz olunmasına, körpənin inkişafına müsbət təsir edir.

Razyana ana südü üçün lazım olan estrogen və prolaktin hormonlarını artırır. Soğan və sarımsaq ana südünü artıran əsas qidalar sırasındadır. Yeməklərinizdə və salatlarda sarımsaq və soğandan bol istifadə edin.

İspanaq, pazı və şüyüd əmizdirmə müddətində həm anaya həm də uşağa lazım olan dəmir, kalsium və fol turşusuna malikdir. Bunlardan daha çox çiy və ya az bişmiş halda istifadə məsləhətlidir. Toyuq və ət yeməklərinizə ləzzət qatan bu qida eyni zamanda südünüzün artmasına səbəb olacaq.

Südünüzü artıran qida olan boranını daha çox şirniyyat kimi istifadə etməyiniz məsləhət görülür. Bu qida şirniyyat istəyinizi azaldacaq.
.jpg)
Analar əmzirmə dönəmində südünü artırmaq üçün 2.5-3 litr su içməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB