YAP GB ofisində növbəti layihə baş tutub

YAP GB ofisində növbəti layihə baş tutub

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə VII qrant müsabiqənin qalibi olmuş "Qəhrəmanlar Unudulmur" adlı layihənin növbəti tədbiri Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin baş ofisində keçirilib. SİA xəbər verir ki, layihə rəhbəri Fatimə Hüseynzadə tədbirdə iştirak edən gənclərə bu layihə haqqında ətraflı məlumat verib və torpaqlarımız uğrunda canını qurban verən mərd qızları, igid oğulları unutmamağı və gələcək nəsillərə də ötürülməsi istiqamətində təkliflər irəli sürüb.

Tədbirdə iştirak edən gənclərdən Yeganə Qasımova ,Azərbaycan tarixini yaradan şəxsiyyətlərə vətənin azadlığı naminə canını fəda edən oğul və qızlarımızla həmişə fəxr etdiyini qeyd etmişdir.Xalqımızın Vətəni yadelli düşmənlərdən qoruyan ağıllı tədbirləri ilə xalqına düzgün yol göstərən Varaz oğlu Cavanşirlə, Uzun Həsənlə, Şah İsmayıl Xətai ilə, doğma Vətəni uğrunda da canından keçən ölümün gözünə dik baxan Babəklə, əfsanəyə çevrilən Koroğlu ilə və daha neçə-neçə igid qəhrəmanları ilə həmişə fəxr etmiş onları daima qəlbində yaşatdığını qeyd etmişdir.

Daha sonra tədbir layihədə iştirak edən gənclərin sualları ilə müzakirəli şəkildə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə