Deputat Musa Quliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında dərmanların qiymətlərinin bahalaşması barədə danışıb. SİA-nın məlumatına görə, millət vəkili "Dərman vasitələri haqqında" Qanuna iki mühüm dəyişikliyi təklif edib: "Dərman vasitələrinin ƏDV-dən azad edilməsi və ya ƏDV-nin minimuma endirilməsini təklif edirəm. Manatın devalvasiyası ilə bağlı son 1 ayda dərman vasitələrinin qiymətlərində 45-50 faiz artım müşahidə edilir. Bu da ehtiyacı olan insanlara çətinlik yaradır. Hesab edirəm ki, çörək və un məlumatları qədər dərman da strateji məhsul olunduğundan bu qərarı qəbul edə bilərik. Azərbaycana idxal olunan dərman vasitələri gömrükdə terminalda saxlanılır, tərkiblərinin, keyfiyyətlərinin öyrənilməsi üçün Səhiyyə Nazirliyinin labaratoriyasından keçirilir, sonra satışa buraxılırlar. Təcrübə göstərir ki, bu ekspertiza və sənədlərin dəqiqləşdirilməsi 6 aya qədər çəkir. Lakin dərmanaların saxlanması üçün gömrükdə vəziyyət yaxşı olmadığı üçün dərmanların keyfiyyəti itir və insanların haqlı narazılığına səbəb olur. Məsələn, deyirlər ki, bizim dərmanların keyfiyyəti xaricdəkilərdən aşağıdır. Bunun da səbəbi qeyd etdiklərimdir. Təklif edirəm ki, dərmanlar terminalda deyil, topdan satış anbarında saxlanılsın və sonra satışa buraxılsın".
Deputat həmçinin bildirib ki, bir aydan çoxdur sahibkarlar Türkiyə və Çindən mal gətirə bilmirlər: "Son günlərdə gömrük məntəqlərində yeni rejimə keçidlə bağlı işlər görülür. Kiçik sahibkarlar ölkəyə mal gətirə bilmirlər. Səbəb isə, gətirilən mallara 36 faizlik gəlir vergisinin tətbiq edilməsidir. Bu isə ciddi narazılığa səbəb olub. Ona görə elə rejim yaradaq ki, sahibkarlara kömək edək. Qaş düzəltdiyimiz yerdə, vurub göz çıxartmayaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB