Aİ-Şərq tərəfdaşlığı mədəniyyət və yaradıcılıq proqramının əməkdaşı olun ELAN

Aİ-Şərq tərəfdaşlığı mədəniyyət və yaradıcılıq proqramının əməkdaşı olun ELAN

Yeni təqvim ilinə yeni çağırışlarla başlayın! Mədəniyyət və Yaradıcılıq Proqramı Avropa İttifaqının 6 Şərq Tərəfdaşlığı ölkəsindən 50 mədəniyyət üzrə lideri proqrama qoşulmağa dəvət edir!

Proqram ödənişsizdir və əsas diqqət, dövlət, özəl və qeyri-hökumət sektorlarında reklam, memarlıq, arxiv, muzey, qalereya və kitabxanalar, incəsənət, audiovizual sənayelər, sənətkarlıq işləri, dizayn, moda, festivallar, kino, oyunlar, irs, İT, musiqi, yaradıcı incəsənət növləri, fotoqrafiya, nəşriyyat, radio və TV sahələri üzrə çalışan menecerlər üçün potensialın artırılmasına yönləndirilib.

Proqrama qoşulmaqla və ilk tədbirdə iştirak etməklə siz:

Aİ-dəki yaradıcı sənayeləri təmsil edən mədəniyyət üzrə aparıcı mütəxəssislərlə tanış olacaq

Əməkdaşlıq Proqramı barədə məlumat alacaq

Növbəti 18 ay ərzində seminar imkanlarından yararlanmaq imkanı qazanacaqsınız

Mədəniyyət üzrə lider kimi siz öz təlim proqramınızı öz şəxsi ehtiyaclarınıza uyğunlaşdırmağa nail olacaqsınız. Öz şəxsi proqramınızı tamamladıqdan sonra sertifikat əldə edəcəksiniz.

Seminarın mövzularına daxildir: vəkillik, fandreyzinq, incəsənət marketinqi, auditoriyanın təkmilləşdirilməsi, maliyyə bacarıqları və s.

Proqram aşağıdakı şərtləri yerinə yetirən 50 lideri seçəcək:

Proqramın internet saytı üçün orijinal məqalə və ya araşdırma yazmaq

Xüsusi mədəniyyət idarəçiliyi mövzusu üzrə işçi qrupa qoşulmaq

Ən az iki seminarda iştirak etmək

Proqramın "Mədəniyyət əhəmiyyət kəsb edir" kampaniyasına qoşulmaq

Qeydiyyatdan keçmək üçün, elektron məktub yollayaraq Yanvar/Fevral aylarında keçiriləcək Yaradıcılıq üzrə Liderlik seminarına qatıla biləcəyinizi təsdiqləyin və proqramda niyə maraqlı olduğunuzu bizə 200 sözlə bildirin. Həmçinin, 2016-cı il yanvar ayının 30-nə qədər öz CV-izi [email protected] ünvanına göndərin. Layihə barədə ətraflı məlumat üçün Aİ-nın Şərq Tərəfdaşlığı Mədəniyyət və Yaradıcılıq proqramı səhifəmizi ziyarət edin.

Bütün xəbərlər Facebook səhifəmizdə