430 yaşayış məntəqəsi qazlaşdırılıb

430 yaşayış məntəqəsi qazlaşdırılıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi tərəfindən 2015-ci ildə 12 225 km uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 519 km qaz kəməri əsaslı təmir edilib. SİA-nın SOCAR-ın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, aparılan tikinti-quraşdırma işləri nəticəsində ötən il 430 yaşayış məntəqəsi qazlaşdırılıb. 2016-cı il yanvarın 1-nə olan məlumata görə, ölkə üzrə təbii qazla təmin olunan əhali kateqoriyasına aid abonentlərin sayı 1 811 309-a çatıb.

Qeyd edək ki, bu işlər Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2014-2018-ci illər) və Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının (2014-2016-cı illər) icrası istiqamətində "Azəriqaz" İstehsalat Birliyi tərəfindən həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə