Çinarlı kəndində sürücü Şəmkir rayon sakini 36 yaşlı Ruslan Abbasov idarə etdiyi avtomobilin idarəetməsini itirib və qəza törədib. SİA-nın Xəzər TV-yə istinadən verdiyi məlumata görə, adıçəkilən şəxs ağır xəsarətlərlə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının (TTYX) travmatalogiya şöbəsinə yerləşdirilib.
Xəstənin vəziyyəti ağır olduğu üçün o, reanimasiya şöbəsinə aparılıb. Həkimlər xəstənin çoxlu qan itirdiyini bildirib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB