Penitensiar Xidmət: "Bu, çaşqınlıq yaratmaq məqsədi daşıyır"

Penitensiar Xidmət: "Bu, çaşqınlıq yaratmaq məqsədi daşıyır"

Bəzi kütləvi informasiya vasitələrində Bakı İstintaq Təcridxanasında intihar etmiş, Cinayət Məcəlləsinin 177.3.3-cü maddəsi ilə (oğurluq) təqsirləndirilən və əvvəllər dəfələrlə məhkum edilmiş Manaf Paşayevin ondan bir neçə gün əvvəl intihar etmiş digər təqsirləndirilən şəxs - hüquq mühafizə orqanının işçisi İlqar Əliyevin kamera yoldaşı olması barədə həqiqəti əks etdirməyən və tam yalan məlumatlar yayılıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin daxil olan məlumatında bildirilir ki, cəza-icra qanunvericiliyinə əsasən, əvvəllər hüquq mühafizə orqanlarında xidmət etmiş şəxslər digər həbs edilmiş şəxslərdən ayrı saxlanılırlar. Məhz bu səbəbdən göstərilən şəxslər nəinki eyni kamerada saxlanılmayıb, hətta ayrı-ayrı rejim korpuslarında yerləşdirilib. Heç bir həqiqəti əks etdirməyən bu kimi yanlış məlumatlar cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədini daşıyır və mətbu orqanına nüfuz gətirmir.

Bütün xəbərlər Facebook səhifəmizdə