AZAL qiymətləri aşağı salmaq imkanlarını araşdırır

AZAL qiymətləri aşağı salmaq imkanlarını araşdırır

Azərbaycan Mərkəzi Bankının manatın üzən məzənnəyə keçidi barədə qərarı ilə əlaqədar olaraq dekabrın 23-də "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin İdarə Heyətinin növbədənkənar iclası keçirilib. "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qurumun prezidenti Cahangir Əsgərov iclasda Azərbaycan Respublikasının hava limanlarından olan uçuşlara aviabilet qiymətinin aşağı salınması imkanlarını nəzərdən keçirməyi tapşırıb.

30 gün ərzində Moskva, Sankt-Peterburq, Kazan, Mineralnıe Vodı, İstanbul, Ankara, Antalya, Təl-Əviv, Tehran, Dubay, Aktau, Kiyev, Lvov, Minsk, Tbilisi və s. kimi şəhərlərə aviabilet qiymətlərinin optimallaşdırılması imkanlarını nəzərdən keçirmək və İdarə Heyətinin növbədənkənar iclasında məruzə etmək qərara alınıb.

Qəbul olunmuş qərarlar barədə ictimaiyyətə geniş məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə