SOCAR: "Yanan 4 qaz quyusunun söndürülməsi işləri davam edir"

SOCAR: "Yanan 4 qaz quyusunun söndürülməsi işləri davam edir"

Təəssüf ki, bugünkü axtarışlar hələlik nəticə verməyib. Hava şəraitinin əlverişsiz olması axtarış işlərini çətinləşdirir. Lakin bütün bunlara baxmayaraq, axtarışlar davam etdirilir. Bu barədə dekabrın 9-də saat 20-də keçirilən mətbuat konfransında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Xalik Məmmədov məlumat verib.

"Azneft" İstehsalat Birliyinin baş direktoru Daşqın İsgəndərov bildirib ki, hazırda yanan 4 qaz quyusunun söndürülməsinə 5 yanğınsöndürən gəmi cəlb olunub. İtkin düşmüş işçilərin axtarışları Fövqəladə Hallar Nazirliyinin 4 helikopteri, Dövlət Sərhəd Xidmətinin helikopterləri, həmçinin gəmilərlə aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə