Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Dini İşlər üzrə komisiyanın geniş iclası keçirilib. SİA-nın verdiyi məlumata görə, hüquq mühafizə orqanları, din xadimlərinin, ali və orta təhsil müəssisələrinin rəhbərlərinin, bələdiyyənin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov respublikamızda mövcud olan dövlət-din münasibətləri, dinlərarası dialoq, dinlərarası tolerantlıq sahəsində həyata keçirilən dövlət siyasətindən bəhs edib.
Ümummilli liderimiz Heydər Əliyevin xalqın birliyi yolunda göstərdiyi titanik fəaliyyətin bəhrəsini hər bir vətəndaşımız görür və kursu layiqincə davam etdirən Prezident İlham Əliyevin dini dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan tolerantlığı ilə bu gün bütün dünyaya örnəkdir. Ölkəmizdə mühüm rol oynayan strateji amillərdən biri ictimai siyasi sabitlikdir. Mövcud olan milli həmrəylik, xalq-iqtidar birliyi də ölkəmizin milli gücünün artmasında ifadə olunur.
Təəssüflə qeyd edilib ki, Azərbaycanın inkişafından narahatlıq duyan bəzi xarici güvvələr ölkəmizdə əlaltıları vasitəsi ilə sabitliyi pozmağa, hətta konstitusiya quruluşunu dəyişmək üçün təxribatçı və illeqal fəaliyyət göstərir, hüquqa zidd əməllərə yol verirlər. Nardaran qəsəbəsində "Müsəlman birliyi" adlı hərəkatın din pərdəsi altında bir qrup radikal ekstremist təfəkkürlü ünsürlərlə təxribatlar, kütləvi ixtişaşlar, terror aktları törətməyə hazırlaşması vurğulanmış və bu hallara qarşı hamının ayıq-sayıqlıqla mübarizə aparmasının, xüsusi ilə gənclərin sağlam təlim-tərbiyəsinin xalqa, vətənə, dövlətimizə sədaqət hissləri ilə inkişafının zəruriliyi qeyd edilib.
Tədbirdə çıxış edən Nəsimi rayon prokuroru Salman Məmmədli qanunların aliliyinin təmin edilməsi, ölkə prezidentinin siyasi iradəsinin reallaşması yolunda respublikamızın hüquq-mühafizə orqanlarının məqsədyönlü fəaliyyətindən danışaraq ekstremizmə, terrora, qeyri sabitliyə cəhdlərin qarşısının qətiyyətlə alınmasına hazır olduğunu qeyd edib.
Dini qurumlarla iş üzrə dövlət komitəsini sədrinin I müavini Səyyad Aran və Qafqaz Müsəlmanları idarəsinin I müavini Hacı Fuad Nurullayev qeyd ediblər ki, ölkəmiz demokratik prinsiplərlə inkişaf edən tolerant bir məkandır və dövlətimiz tərəfindən bütün dinlərə və təriqətlərə sağlam fəaliyyət üçün şərait yaradılıb.
Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Dini İşlər üzrə komissiyanın üzvləri məsələ ətrafında geniş müzakirə apararaq, din pərdəsi altında Nardaran qəsəbəsində "Müsəlman birliyi" adı ilə bir qrup silahlı cinayətkar dəstənin dinc qəsəbə sakinlərinə təzyiq göstərərək zorakı yollarla əhalinin məcburi şəkildə hakimiyyətə qarşı radikal çıxış etməyə, nəzarətlərində olan saytlar və sosial şəbəkələr vasitəsi ilə sövq etmələri, terrorçuluq fəaliyyətlərini qətiyyətlə pisləyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB