Səlim Müslümov: "Azərbaycan miqrasiya proseslərində təyinat ölkəyə çevrilib" YENİLƏNİR

Səlim Müslümov: "Azərbaycan miqrasiya proseslərində təyinat ölkəyə çevrilib" YENİLƏNİR

"Dünyada miqrantların əsas hissəsi əməkçi miqrantlardır". SİA xəbər verir ki, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov "Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının Müdafiəsi haqqında" Beynəlxalq Konvensiyanın qəbul edilməsinin 25 illiyinə həsr olunmuş Büro iclasında deyib.

Nazir bildirib ki, Azərbaycanda ötən əsrin 90-cı illərində baş verən gərgin vəziyyətdə xaricə miqrant axını güclü olub: "Erməni təcavüzü nəticəsində 300 min insan iş yerini itirib. Ulu Öndərin hakimiyyətə gəlməsindən sonra miqrasiya sahəsində müsbət irəliləyişlər əldə olunub. Xüsusilə cənab Prezident İlham Əliyevin 2003-cü ildən başlayaraq həyata keçirdiyi uğurlu siyasət bu proseslərə də müsbət təsir edib. 2013-cü ildə Miqrasiya Məcəlləsi qəbul olunub. Bu, miqrasiya proseslərinin idarə olunmasında böyük rol oynayır".

Səlim Müslümovun sözlərinə görə, Azərbaycan xüsusilə əməkçi miqrantların hüquqlarının qorunması və onlara əlverişli şəraitin yaradılması baxımdan təyinat ölkəyə çevrilib: "Azərbaycanda sahibkarlıq prioritet sahədir və bu sahənin inkişafı sosial yönümlü iqtisadiyyat formalaşdırmaq üçün böyük əhəmiyyətə malikdir. Dövlətimiz məqsədyönlü fiksal siyasət yürüdür".

Bütün xəbərlər Facebook səhifəmizdə