BMT baş katibinin Beynəlxalq Əlillər günü ilə bağlı MÜRACİƏTİ

BMT baş katibinin Beynəlxalq Əlillər günü ilə bağlı MÜRACİƏTİ

BMT baş katibi Pan Gi Mun Beynəlxalq Əlillər günü ilə bağlı müraciəti edib. SİA-nın xəbərinə görə, müraciətdə deyilir: "Bu il Beynəlxalq əlillər gününü 2030 davamlı inkişaf məqsədləri kimi iddialı qərarın qəbul olunduğu ərəfədə qeyd edirik. Bu qlobal proqram bizi "Heç kəsi arxada qoymayaq" fəaliyyətinə çağırır. Hamı üçün davamlı, inkluziv dünyanın qurulması bütün əlilliyi olan şəxslərin tam iştirakını tələb edir.

BMT-nin 2030 dayanaqlı inkişaf məqsədləri özündə əlilliyi olan şəxslər haqqında çoxlu sayda məsələləri birləşdirir və biz birlikdə çalışmalıyıq ki, bu öhdəlikləri yerinə yetirək.

Bu ilin əvvəllərində BMT-nin fəlakətlər zamanı təhlükələrin azaldılması mövzusunda üçüncü Ümumdünya konfransında fəlakətlərə və onlara münasibətdə əlilliyi olan şəxslərin hərtərəfli əlçatan yanaşmanı və hazırlığını qəbul etmişdir.

Gələn il BMT-nin yaşayış və dayanıqlı şəhərsalma (HABİTAT III) konfransında şəhərlərimizin əsasən əlçatan və dayanıqlı olması üçün şəhərlərin inkişafı məsələlərini müzakirə edəcəkdir. Bu proses üçün əlilliyi olan şəxslərin səsləri həlledici olacaqdır.

İrəli nəzər saldıqda əlçatanlığı təmin etmək üçün inkişafın siyasətini və təcrübəsini möhkəmləndirməliyik – bu inkluziv və davamlı inkişafın bir hissəsidir. Bu bizdən əlilliyi olan şəxslər qarşısında duran problemlər haqqında biliklərimizin təkminləşdirilməsini, eyni zamanda onların yaratmaq və imkanlardan istifadəsinə qarantiya verilməsini tələb edir.

Biz əlilliyi olan şəxslərlə birlikdə, onları heç vaxt geridə qoymamaqla dünyamızı irəli apara bilərik".

Bütün xəbərlər Facebook səhifəmizdə