26 – 30 noyabr tarixlərində Dağıstanın Maxaçkala şəhərində keçirilən "Verşina" Tələbə Təhsil forumunda Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) nümayəndələri Beynəlxalq Əlaqələr departamentinin direktoru Nurxan Babayev, mətbuat katibi İlqar Talıbov və ATGTİ-nin fəal könüllüsü olan Rövşən Cəlilov ölkəmizi təmsil ediblər. SİA-nın məlumatına görə, adı çəkilən forum Rusiya Federasiyasının Elm və Təhsil Nazirliyinin, Rusiya Gənclər İttifaqı və Rusiyanın Tələbə BirliklərininAssosiasiyasının dəstəyi ilə Dağıstan Dövlət Universitetində keçirilib. Tədbirin əsas məqsədi müxtəlif ölkələrdən olan tələbə-gənclər arasında əlaqələrinin qurulması, gənclərin idarəetmə sahəsində yeni biliklərin əldə olunması və bu sahədə təcrübə mübadiləsinin aparılması idi.
Forum çərçivəsində, ATGTİ-nin nümayəndə heyəti Dağıstanın Gənclərlə iş üzrə naziri Zaur Qurbanov, Dağıstan Dövlət Universitetinin rektoru Murtuzəli Rabadanov və bir çox rəsmi şəxslərlə görüşlər keçirərək, ATGTİ-nin 6 illik fəaliyyəti, Azərbaycanda gənclərin inkişafı üçün yaradılan hərtərəfli şərait və ümumilikdə ölkəmizdə uğurla həyata keçirilən Azərbaycan gənclər siyasəti haqqında çıxışlar ediblər.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB