Nazir müavini: "Gəncləri səhv addımlardan uzaq olmağa səsləyirəm" AÇIQLAMA
"Çox təəssüf edirəm ki, Nardaranda din pərdəsi altında cinayətkar əməllər törədilib. Aydın məsələdir ki, bu, təxribatdır. Hüquq-mühafizə orqanları hadisəyə hüquqi qiymət verəcək". Bu sözləri gənclər və idman nazirinin müavini İntiqam Babayev jurnalistlərə açıqlamasında deyib. O, gəncləri təxribatlara uyamamağa çağırıb: "Bu gün ölkəmizdə kifayət qədər şərait yaradılıb ki, gənclər inkişaf etsinlər. Azərbaycanda ölkənin potensialından istifadə edərək inkişaf etmək üçün böyük imkanlar mövcuddur. Gəncləri səhv addımlardan uzaq olmağa səsləyirəm. Onlar gənc olmaqlarına baxmayaraq, müdrik düşünməli, atdıqları addımların məsuliyyətini dərk etməlidirlər. Belə təxribatların qarşısı hər zaman alınıb və alınacaq".
Nazir müavini qeyd edib ki, ölkədə məhz gənclərimizin inkişafına xidmət edən layihələr həyata keçirilir: "Gənclərə təklif edirəm ki, belə layihələrə qoşulsunlar və bu taleyüklü anlarda səhv addımlardan uzaq olsunlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB