Bu gənclər işlə də təmin olunacaqlar
90 kimsəsiz gəncə ev verildi

Artıq dövlət uşaq müəssisələrində-yəni internat məktəblərində böyüyən uşaqlar 18 yaşına çatandan sonra taleyin ümidinə buraxılmayacaq. Onlar evlə təmin olunacaqlar. Artıq internat məktəblərindən məzun olmuş 90 gənc evlə təmin olunub.

Valideyn himayəsindən məhrum olsalar da dövlətin diqqətindən yayınmadılar. İnternat məktəblərindən məzun olmuş 90 gənc evlə təmin olundu. Kimsəsiz uşaqlar üçün inşa edilmiş 120 mənzilli binaya yaxın günlərdə daha 30 gənc yerləşdiriləcək. Bu gənclərin hər biri üçün 1 mənzil nəzərdə tutulub və hər bir şəraitlə təmin olunub.

Hər iki valideynini itirmiş belə gənclərə evlər ömürlük verilir, sadəcə olaraq bəzi qaydalara əməl etmələri tələb olunur. Gənclər evləndikdən sonra da bu evlərdə yaşaya biləcək. İlkin mərhələdə müraciət edən və yoluxucu xəstəliyi olmayan bütün məzunlar evlə təmin olunublar. Bundan sonra 120 mənzilli daha 2 binanın tikilib istifadəyə verilməsi nəzərdə tutulur. Üstəlik bu gənclərin işlə təmin edilməsi üzərində də işlər aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə