Polislər güzəştdən məhrum edildi "BakuBus"dan AÇIQLAMA

Polislər güzəştdən məhrum edildi

"Biz sürücülərimizə göstəriş vermişik ki, mülki geyimdə olan polis əməkdaşlarından da gediş haqqı tələb etsinlər". Bunu SİA-ya açıqlamasında "BakuBus" MMC-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.

Nuridə Allahyarova bildirib ki, mülki geyimli polis əməkdaşı hər hansı gizli xidmətlə əlaqədar avtobusa minibsə, onların vəsiqələrini təqdim etməsi düzgün deyil: "Polis geyimində olanlardan isə heç nə tələb olunmur. Hətta vəsiqələrini təqdim etməsələr də, onlara güzəşt olunacaq".

Mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, mülki geyimdə olan polis əməkdaşının iş vəsiqəsini təqdim edən zaman sürücü tərəfindən onun etibarlılıq müddətinin yoxlanması böyük vaxt itkisi olar: "Belə olan halda bizim təyin etdiyimiz 3 dəq intervalında və kart ödəmə sistemində digər sərnişinlərin avtobusa daxil olmasında problem yarana bilər".

Tofiq Rəfailoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə