Yağışlı payız havası PROQNOZ

Oktyabrın 15-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraitinin olacağı gözlənilir, bəzi yerlərdə arabir yağış yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-15, gündüz 16-19 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 15-də arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə duman olacaq.

Havanın temperaturu gecə 9-14, gündüz 17-22, dağlarda gecə 2-7, gündüz 10-15 dərəcə isti olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə