Qarabağdan ən son görüntülər FOTO-VİDEO

Qarabağdan ən son görüntülər FOTO-VİDEO

Ermənilər Azərbaycanın işğal olunmuş ərazilərində çəkdirdikləri şəkilləri sosial şəbəkələrdə paylaşıb. SİA-nın məlumatına görə, "İnstagram"da paylaşılan fotolardan Qarabağın bu günki vəziyyətini müşahidə etmək olar. İşğal edilmiş Azərbaycan torpaqlarında yaşayan, əylənən və istirahət edən ermənilər hətta turistlər də qəbul edirlər.

Qarabağdan gəlir mənbəyi kimi istifadə edən Ermənistan hakimiyyəti turistlərə Azərbaycan tarixini erməni tarixi kimi sırıyır və üstəlik həm maddi, həm də mənəvi qazanc əldə etməyə çalışır. Ancaq görüntülərə diqqət yetirdikdə Qarabağda tikililərin sökülüb dağıldığını görmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə