“Breyn-rinq” intellektual oyunu keçirilir FOTOLAR

“Breyn-rinq” intellektual oyunu keçirilir FOTOLAR

Rəşid Behbudov adına Mahnı Teatrında gənclərin vətənpərvərlik klubları arasında "Breyn-rinq" intellektual oyunu keçirilir. SİA-nın məlumatına görə, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən ənənəvi olaraq təşkil olunan tədbirdə baş idarənin rəis müavini Aydın Yusifov, rayon idarələrinin rəhbərləri və nümayəndələri, iştirakçı komandalar və gənclər iştirak edirlər.

Baş idarənin rəis müavini A.Yusifov gənclərə tövsiyyələrini verərək, iştirakçılara uğurlar arzulayıb.

Yarışda 11 rayonun komandası mübarizə aparır.

Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd Azərbaycan Gəncliyi Dövlət Proqramının (2011-2015-ci illər) icrası, yeniyetmələrin intellektual və mədəni səviyyəsinin inkişafı, asudə vaxtlarının səmərəli təşkili, mədəniyyətimizin, ədəbiyyatımızın, ana dilimizin, dinimizin, torpağımızın tarixini daha da dərindən öyrənmək, ümumbəşəri və milli dəyərlərə yiyələnmək, dünyagörüşünü genişləndirməkdən ibarətdir.

Qalib komandalar baş idarə tərəfindən qiymətli hədiyyələr və diplomlarla təltif olunacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə