GTMŞ-nin üzvü Rusiyada keçirilən beynəlxalq tədbirdə iştirak edib

GTMŞ-nin üzvü Rusiyada keçirilən beynəlxalq tədbirdə iştirak edib

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) mətbuat katibi Xədicə Damadayeva "Sodrujestvo" beynəlxalq gənclər təşkilatı tərəfindən Rusiya Federasiyası Kabarda-Balkar Respublikasında həyata keçirilən "Gənc blogerlərin və jurnalistlərin birinci dağ məktəbi" layihəsində ölkəmizi təmsil edib.

ARGTMŞ-dən bildiriblər ki, layihənin məqsədi MDB və Xəzəryanı ölkələr, eləcə də Gürcüstandan olan gənc liderlər, bloqçular, jurnalistlər arasında əlaqənin qurulması və inkişaf etdirilməsidir.

Layihə çərçivəsində mövzu ətrafında müzakirələr, təlimlər, seminarlar, master-klaslar keçirilib, işçi qruplar təşkil olunub. Düşərgədə fəal gənclər ekspertlər, dövlət və ictimai xadimlərlə görüşlərdə iştirak edib və fikir mübadiləsi aparıblar. Praktiki məşğələlərlə davam edən tədbirdə iştirakçıların bloq haqqında məlumatlılığı artırılıb.

Sonra Kabarda-Balkar Respublikasının milli mətbəxi, adət-ənənələri, görməli yerləri ilə tanışlıq məqsədilə ekskursiyalar təşkil olunub.

"Sodrujestvo" beynəlxalq gənclər təşkilatı gənclərin hüquqlarını və maraqlarını qorumaq, Avrasiya məkanında, MDB ölkələri və digər üzv təşkilatların gəncləri arasında qarşılıqlı anlaşma, əməkdaşlıq və dostluq əlaqələrinin yaranmasını təşviq etmək məqsədilə yaradılıb.

ARGTMŞ 2012-ci ildən təşkilatın idarə heyəti və nəzarət-təftiş komissiyasında təmsil olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə