Daha bir kəndə qaz verildi

Regionların mavi yanacaqla təmin edilməsi işləri sürətlə davam etdirilir. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Zərdabın Gödəkqobu kəndinə qaz verilib. Qazlaşma işlərinə 2014-ci ilin dekabr ayında start verilib. Adıçəkilən kəndlər üzrə ümumilikdə 298 abonentə təbii qaz verilib.

Bu gün kənddə keçirilən açılış mərasimdə rayon icra hakimiyyətinin nümayəndələri "Azəriqaz" İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Kərbalayev, bir sıra idarə və təşkilat rəhbərləri iştirak edib.

Kənddə bir pilləli sistem qurulub. Hər bir abonent ayrılıqda qaz istismarı sayğacları və fərdi tənzimləmələrlə təmin olunub. Kəndlərə mavi yanacaq ötürülməsi üçün daşıyıcı və paylayıcı üçün ümumi 33 263 metr müxtəlif diametrlik dəmir boru sərf olunub.

Qeyd edək ki, ilin sonunadək rayonun daha bir neçə kəndinin qazlaşması nəzərdə tutulur.

Hazırda rayonun daha bir neçə kənddə sürətli qazlaşmanın aparılması üzrə işlər aparılır.

Rəşid Rəşidov

Bütün xəbərlər Facebook səhifəmizdə