Meşə məhsulları və kəsici alətlər sərgilənəcək

Meşə məhsulları və kəsici alətlər sərgilənəcək

Oktyabrın 8-11-də INTERMOB XVIII Beynəlxalq meşə məshulları və taxta işləmə texnologiyaları və XXVIII Beynəlxalq taxta işləmə dəzgahları, kəsici dəst və alətlər sərgiləri keçiriləcək. SİA-nın Azərbaycan Sahibkarlar Konfederasiyasına istinadən verdiyi xəbərə görə, sərgilər İstanbul Mədən və Metal İxracatçıları Birlikləri (İMMİB) Baş Katibliyinin təşkilatçılığı ilə keçirilir.

Sərgidə iştirakın əsas istiqamətləri brifinq, ikitərəfli görüş, sərgi stendlərinə baxış və istehsalçı şirkətlərlə görüşməkdən ibarətdir. Şirkət təmsilçilərinin səfər çərçivəsində otel xərcləri (səhər yeməyi daxil olmaqla) təşkilatçılar tərəfindən qarşılanacaq.

Proqramda iştirak etmək istəyən Azərbaycan şirkətləri sentyabrın 14-dək ASK-ya müraciət edə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə