Gənclər Birliyinin nümayəndə heyəti Ankarada FOTOLAR

Gənclər Birliyinin nümayəndə heyəti Ankarada FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin nümayəndə heyəti 17-20 avqust 2015-ci il tarixlərində Türkiyənin paytaxtı Ankara şəhərində rəsmi səfərdədirlər. SİA-nın verdiyi məlumata görə, səfərin ilk günündə hakim partiyanın gənclər birliyinin nümayəndə heyəti bir sıra görüşlər keçiriblər. Belə ki, onlar günün birinci yarısında 1999-cu il 17 avqust tarixində Mərmərədə baş verən zəlzələ nəticəsində həlak olmuş minlərlə insanın xatirəsinin anım tədbirinə qatılıblar.

Daha sonra YAP Gənclər Birliyinin üzvləri Türkiyə Cümhuriyyətinin İstiqlal Marşının söz yazarı Mehmet Akif Ersoyun yaşayıb-yaratdığı ev muzeyini ziyarət etmiş, həmçinin ev muzeyinin qarşısında Mehmet Akif Ersoyun yaradıcılığını əks etdirən fotosərgi ilə tanış olublar. Fotosərgi ilə tanışlıqdan sonra YAP Gənclərini müşayət edən Ədalət və İnkişaf Partiyasının (AKP) Gənclər Qollarının sədr müavini, Millət Vəkili Mahmud Sami Mallı bu cür səfərdən məmnun olduğunu bildirib. YAP və AKP gəncləri dəyirmi masa ətrafında perspektiv planlar və müştərək layihələr haqqında geniş diskussiyalar aparıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə