İsti nəfəsinizi kəsəcək PROQNOZ

İsti nəfəsinizi kəsəcək PROQNOZ

Avqustun 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosundan SİA-ya verilən xəbərə görə, mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-26, gündüz 32-37 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə