Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun 28 avqust 2015-ci il tarixində Göygöl rayonunda keçirəcəyi vətəndaş qəbulu 14 avqust 2015-ci il tarixinə keçirilib. Komitənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qəbulda Göygöl, Gəncə, Samux, Daşkəsən, Şəmkir və Kəlbəcər rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq. Vətəndaş qəbulu saat 11:00-da Göygöl şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.
Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaqdır. Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin [email protected] elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:
Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105, 102 və 349)
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı ərazi idarəsi:
(02220) 5-23-75, (022) 265-08-69
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB