Artıq nikaha daxil olmaq istəyən vətəndaşlar tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı pilot layihə çərçivəsində 5 saylı Bakı "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən Respublika Diaqnostika Mərkəzindən əldə edə bilərlər. Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən SİA-ya verilən xəbərə görə, arayışın əldə edilməsi üçün zəruri olan sənədlər aşağıdakılardır.
- Nikaha daxil olmaq istəyən şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər;
- Nikahın qeydə alınması üçün doldurulmuş ərizə-anketin surəti.
Vətəndaşların tibbi müayinədən keçdiklərini təsdiq edən arayış 5 iş günü müddətində verilir və bunun üçün dövlət rusumu ödənilmir.
Qeyd edək ki, yalnız "ASAN xidmət" mərkəzləri daxilində nikaha daxil olmaq istəyən şəxslər bu xidmətdən yararlana biləcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB