Qənirə Paşayeva : “Tibbi müayinə qurulan ailələrin gələcəyi üçündür”

FOTOLAR
Qənirə Paşayeva : “Tibbi müayinə qurulan ailələrin gələcəyi üçündür”

Millət vəkili Qənirə Paşayeva Tovuzda sakinlərlə görüşdə ailə qurmaq istəyən cütlüklərin nikahlarını rəsmiləşdirmək üçün mütləq tibbi müayinədən keçməli olması ilə bağlı sualları cavablandırıb.

"Bu qurulan ailələrimizin gələcəyi üçündür. Bir çox irsi qan xəstəliklərinin getdikcə daha da artdığını, siflis və İİV/QİÇS problemlərini nəzərə alsaq və sonradan məhz bu problemlər üzündən xeyli ailənin dağıldığının şahidiyik. Artıq qanunvericilikdə bu məsələnin öz həllini tapması və tətbiqi ilə biz irsi qan xəstəliklərinin gələcəyə doğru cəmiyyətimizdə azalmasına nail ola biləcəyik. Evlənən cütlüklər arasında siflis və İİV/QİÇS problemi zamanında aşkar olunacaq və ailələr onları gözləyə biləcək təhlükələrdən xəbərdar olamaqla buna uyğun da öz addımlarını atacaqlar"-deyə, millət vəkili dilə gətirib.

SİA-nın verdiyi xəbərə görə, millət vəkili sakinlərlə görüşündə Nazirlər Kabinetinin "Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında" qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktları təsdiq etdiyini və nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçməli olduğu xəstəliklər, hemoqlobinopatiyalar, böyük beta-talassemiya, aralıq beta-talassemiya, drepanotalassemiya, oraqvari hüceyrəli anemiya, İİV/QİÇS, sifilis barədə də geniş məlumatlarlar verib. Görüşdə tibbi müayinələrin pulsuz olacağı dövlət vəsaiti hesabına aparılacağını da sakinlərin diqqətinə catdırılıb və onları bu istiqamətdə maraqlandırılan sualları da cavablandırılıb.

Sakinlərlə görüşdə millət vəkili Qənirə Paşayeva Milli Məclisdə qəbul olunan digər yeni qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərdən də danışıb, onları maraqlandıran sualları cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə