Dini tarix və mədəniyyət abidələrinin bərpasına dair əlavə tədbirlər haqqında
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni sərəncam imzalayıb. Dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb:
1. Azərbaycanda dini tarix və mədəniyyət abidələrinin bərpasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 3,0 (üç) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB