Köməksiz qalmış 3 balıqçı xilas edilib

Köməksiz qalmış 3 balıqçı xilas edilib

Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Müha­fi­zə­si­nin "Kələdəhnə" sahil nəzarət məntəqəsinə mühərrikində yaranmış nasazlıq səbəbindən Xəzər dənizində köməksiz qalmış balıqçı qayığı barədə məlumat daxil olub.

DSX-nin Mətbuat Mərkəzindən SİA-ya verən məlumata görə, dənizçi sərhədçilər tərəfindən həyata keçi­rilən xilasetmə tədbirləri nəticəsində Astara rayonunun Şahağacı kənd sakinləri Dadaşov Feyruz Dadaş oğlu, Süleymanzadə Şəhriyar Əlövsət oğlu və Dadaşov Emin Rafiq oğlu xilas edilərək nasaz qayıqla birlikdə sahilə çıxarılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə