“Nənələr” folklor qrupunun üzvü vəfat edib

“Nənələr” folklor qrupunun üzvü vəfat edib

Lənkəranın məşhur "Nənələr" folklor qrupunun üzvü Xanbibi Əzimova bu gün 79 yaşında dünyasını dəyişib. SİA-nın Cənub bürosunun məlumatına görə, mərhum kənd qəbirstanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, "Nənələr" folklor qrupu 1970-ci ildə rayonun Separadai kəndində yaradılıb. Qrup 1997-ci ilə kimi "Bacılar" adı ilə fəaliyyət göstərib. Repertuarında Azərbaycan və talış dillərində 100-dən çox bayatı və el nəğməsi olan bu kollektivin mahnı və rəqslərimizin qorunub saxlanmasında, onların gələcək nəsillərə çatdırılmasında xidmətləri əvəzsizdir. "Nənələr"i təkcə respublikamızda deyil, bir sıra xarici ölkələrdə də yaxşı tanıyırlar.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə