1 tondan çox çətənə kolu məhv edilib

1 tondan çox çətənə kolu məhv edilib

Beyləqan və Gədəbəy rayonları ərazisində yabanı halda bitmiş çətənə kolları aşkar olunaraq məhv edilib. Daxili İşlər Nazirliyindən (DİN) SİA-ya verilən məlumata görə, Beyləqan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şərq qəsəbəsində yabanı halda bitmiş, çəkisi 230 kiloqram olan 132 ədəd, Gədəbəy RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Novosaratovka kəndində yabanı halda bitmiş, çəkisi 946 kq olan 1980 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə