Son 1 ildə əhalinin sayı 2000 nəfər artıb

Son 1 ildə əhalinin sayı 2000 nəfər artıb

Bərdənin əhalisinin sayı 152 min 500 nəfərə çatıb. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, bu ilin 6 ayı ərzində rayon əhalisinin sayı xeyli artıb. Belə ki, son 6 ay ərzində rayonda 1057 uşaq dünyaya gəlib. Onlardan 380-i ölüb. Bərdə rayon Statistika İdarəsinin rəisi Əlövsət Məmmədov bildirib ki, əhalinin sayında 677 nəfər artım var: "Ötən ilin müfiq dövri ilə müqayisdə əhalinin sayı 2000 nəfərdən çox artıb. Ümumi əhalinin 49,8 %-ni kişilər, 50.2 %-ni isə qadınlar təşkil edir".

Qeyd edək ki, əvvəlki illərə nisbətdə kişilərin sayında daha çox artım müşahidə edilir. Xatırladaq ki, rayon ərazisində orta hesabla hər gün 14 uşaq dünyaya gəlir. Bu ilin 6 ayında 543 nigah bağlanıb, 109 nəfər isə boşanıb.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə