Xaçmaz rayonunun Yeni Sudur kəndi yaxınlığında yerləşən təsərrüfatda peru fizialisi giləmeyvəsinin əkilməsinə bu ilin aprel ayından başlanılıb. Vətəni Mərkəzi və Cənubi Amerika ölkələri olan bu bitkinin toxumları Türkiyədən gətirilib. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, istixanada 22 min ədəd peru fizialisi kolu bir neçə mərhələdə əkilib. Xüsusi aqrotexniki qulluq edilən bitki gözlənilən nəticəni verib. Peru fizialisi kolunun üzərində 300-ə yaxın meyvə yetişir. 1 meyvənin çəkisi isə, 3-5 qram təşkil edir. Bu il ərazisi 1 hektara yaxın olan plantasiyadan 35 tona yaxın məhsul əldə olunacağı gözlənilir. İlk meyvələri isə iyul ayının 20-dən sonra yetişəcək. Yığım prosesi sentyabr ayına kimi davam edəcək. Təsərrüfat sahibi Habil Tarquliyev ilk dəfə məhsulu yerli bazarda satmağı planlaşdırır. Hazırda bu giləmeyvə xaricdən Azərbaycana idxal olunduğundan kifayət qədər baha qiymətə satılır.
Xatırladaq ki, Peru fizialisi şəkərli diabet, qan təzyiqinin yüksək olmasının qarşısını almaq, göz sinirlərinin bərpası, mədə-bağırsaqda yaranan parazitlərin təmizlənməsi üçün faydalıdır. Bu bitkinin tərkibi B1, B2, B3 və keroten kimi vitaminlərlə zəngindir.
Emin Kərimov


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB