15 İyun 2015 ci il tarixində Lənkəran şəhərində Lənkəran Şəhər İcra hakimiyyəti, Gənclər üçün Təhsil Mərkəzi və ADDIM Gənclər təşkilatının təşkilatçılığı ilə 15 İyun Xalqımızın Milli Qurtuluş günü ilə əlaqədar "Qurtuluşumuz və Xilaskarımız" adlı tədbir təşkil olunub. Təhzil Mərkəzindən SİA-ya verilən xəbərə görə, tədbirin məqsədi gənclərimizi Azərbaycan xalqının xilaskarı Heydər Əliyevin xalqımızın və tariximizin qarşısında ən böyük xidmətləri ,kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsi, Azərbaycan varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtarması haqqında məlumatlandırmaq, gələcək nəsillərə bu şərəfli tarixi çatdırmalarına vəsilə olmaqdır.
Lənkəran Şəhər İcra Hakimiyətinin rəsmisi tədbiri açıq elan edərək xalqımızın qurtuluşu gününün tarixinin hal-hazırki müstəqil Azərbaycan üçün nə qədər əhəmiyyətli bir tarix olduğunu vurğuladı. Daha sonra çıxış edən Gənclər üçün Təhsil Mərkəzinin rəhbəri Fəxrəddin Həsənzadə Heydər Əliyevin Naxçıvanda başladığı milli qurtuluş savaşının zəfər yürüşü , müstəqillik hərəkatında bayraqdar rolunu öz üzərinə götürərək bu vəzifənin öhdəsindən ləyaqətlə gəlməsi həmçinin tariximizin hərc-mərclik dövrü, ağır tənəzzül illərində ulu öndərin qurtuluş mücadiləsi haqqında tədbir iştirakçılarına məlumat verdi.
ADDIM Gənclər Təşkilatının rəhbəri Hüseyn Cavadzadə dahi öndərin və xilaskarın şərəfli ömür yolunun və fəaliyyətinin Azərbaycan tarixindəki rolundan danışdı. Azərbaycan gəncliyini öndərimizin yaratdığı sivil , demokratik bir cəmiyyətin layiqli vətəndaşları olmağa səslədi. Daha sonra Hüseyn Cavadzadə iştirakçıları Heydər Əliyev Fondunun tədbir üçün hazırladığı və ADDIM təşkilatına sunduğu "Heydər Əliyev həyatı, fəaliyyəti, Azərbaycan tarixində qoyduğu şərəfli izlərlə bağlı hazırlanmış sənədli filmləri" izləməyə dəvət etdi.
Sonda tədbir iştirakçıları 1992-1993 cü il Azərbaycanın olduğu siyasi durumu, xaos və çaxnaşmaları və dahi şəxsiyyətin Azərbaycan xalqının quruluşu yolunda keçdiyi məşəqqətli yolları əks etdirən filmi izlədilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB