Daşkəsən Filizsaflaşdırma Kombinatından gün ərzində buradan 4-5 min ton dəmir filizi çıxarılır. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Daşkəsən Filizsaflaşdırma Kombinatı 1954-cü ildən fəaliyyət göstərsə də, 2014-cü ilin iyun ayından müəssisə Açıq Səhmdar Cəmiyyəti olub və bir neçə istiqamətdə işlərə start verilib. Görülən tədbirlər nəticəsində burada fasiləsiz istehsal təmin edilib. Gün ərzində buradan 4-5 min ton dəmir filizi çıxarılır. Burada gün ərzində 26 ədəd ağırtonnajlı texnika çalışır. Çıxarılan filizin tərkibinin orta hesabla 40 faizi dəmirdir. "1 milyon kub üstü uçma işləri nəzərdə tutulub ki, onun artıq 500 min kub üstü açma işləri görülüb. Bizim ümumi mədənlərdə dövlət tərəfindən təsdiq olunan 270 milyon ton dəmir filizi ehtiyatımız var"- baş geoloq Rasim Süleymanlı bildirib.
Dəmir filizi saflaşdırma fabrikinə gətirildikdən sonra burada xammal bunkerlərə tökülür. Fabrikdə 1 ton filizdən 500 kq-a yaxın hazır məhsul alınır. Hazırda kombinatın illik istehsal gücü 350 min tondur. İstehsal həcminin mərhələli şəkildə ilin sonuna qədər 750 min tona çatdırılması planlaşdırılır. 2018-ci ildə isə "Daşkəsən Filizsaflaşdırma" Açıq Səhmdar Cəmiyyəti 1,7 milyon ton dəmir filizi istehsal etməyi hədəfə alıb. "Daşkəsən Filizsaflaşdırma" Açıq Səhmdar Cəmiyyətində hazır məhsullar kimyəvi laboratoriyada yoxlanıldıqdan sonra 3 kanat vasitəsi ilə Quşçu dəmiryol stansiyasına, oradan isə alıcılara göndərilir. Müəssisədə kamera sistemi də quraşdırılıb ki, bu da istehsal prosesini izləməyi asanlaşdırır. Telekörpü vasitəsilə "Azərbaycan Polad İstehsalı Kompleksi" Qapalı Səhmdar Cəmiyyətinin baş ofisi ilə istehsalatla bağlı müzakirələr də aparılır.



İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB