DSMF sədri pensiyaçılarla görüşəcək

DSMF sədri pensiyaçılarla görüşəcək

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev 2 iyun 2015-ci il tarixdə, saat 11:00-da DSMF-nin Qax rayon şöbəsinin inzibati binasında Qax, Şəki, Oğuz, Zaqatala və Balakən rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək. Fonddan SİA-ya verilən xəbərə görə, qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

Fondun Aparatında (012) 434-12-34

Qax rayon şöbəsində (02425) 5-44-33

Şəki şəhər şöbəsində (02424) 4-89-20

Oğuz rayon şöbəsində (02421) 5-34-73

Zaqatala rayon şöbəsində (02422) 5-68-88

Balakən rayon şöbəsində (02429) 5-11-10

Qəbulda iştirak edəcək vətəndaşların iyunun 2-də DSMF-nin müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə